4513 təhsil müəssisəsində 1 milyon 288 min şagird, 151 min 538 müəllim heyəti çalışır statistika

4513 təhsil müəssisəsində 1 milyon 288 min şagird, 151 min 538 müəllim heyəti çalışır statistika

"Hazırda Azərbaycanın ümumtəhsil sistemində 4513 təhsil müəssisəsində 1 milyon 288 min şagird, 151 min 538 müəllim heyəti çalışır. Ümumi şagird müəllim nisbəti 1:8, orta şagird sıxlığı isə 16 nəfər təşkil edir". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin XIV qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illər ölkədə müsbət demokrafik dəyişiklərin baş verməsi nəticəsində hər il 1-ci sinifə gedən şagirdlərin sayı durmadan artır: "2013-2014-cü tədris ilində 137 mindən çox şagird ilk dəfə məktəbə qədəm qoyub. Bu rəqəm növbəti illərdə daha da artacaq və biz də onları hər zaman qəbul etməyə hazırıq".

Nazir, həmçinin qeyd edib ki, 108 ilk peşə ixtas təhsili müəssəsində 29 min 337 nəfər təhsil alır: "Orta ixtisas təhsili pilləsində 64 min 116 tələbə 59 təhsil müəsəssində təhsil alır. 44 mülkü ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər, magistratura səviyyəsində 11 mindən çox tələbə təhsil alır".

Son illər ərzində 2700-dən çox məktəbin əsaslı şəkildə təmir olunduğunu deyən nazir vurğulayıb ki, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılayıb: "Xaricdə təhsil proqramı çərçivəsində bu günə qədər 2612 gənc Dövlət Neft Fondunun hesabına başqa ölkələrdə təhsillərini davam etdiriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə