"Bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi ardıcıl aparılmalıdır"

"Bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi ardıcıl aparılmalıdır"

"Müəllimlər informasiya müharibəsi gedən dünyada ön cərgədədirlər. Həm orta, həm də ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi ardıcıl aparılmalıdır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Müəllimlərinin XIV qurultayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

TQDK sədri bildirib ki, XXI əsrin öz tələbləri var, yeni texnologiyalar cəmiyyətin həyatını dəyişir: "Beynəlxalq elmi dairələr 21-ci əsrdə inkişaf üçün mürəkkəb problemlərə effektiv cavab vermək, məlumatı dinamik idarəetmə, komandada işləmək bacarığı, texnologiyadan effektiv istifadə və davamlı bilik yaratmanı əsas sayırlar".

M. Abbaszadə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas məqsədinin biliklərə əsaslanan cəmiyyət qurmaq olduğunu bildirib: "Bu sahədə müəllimlərin üzərinə böyük iş düşür, müəllim zamanın nəbzini tutmaq üçün daim üzərində çalışmalıdır: "Təhsil sahəsində yeniliklər baş verdikcə qiymətləndirmə də dəyişikliklərə məruz qalır. XXI əsrin bilik və bacarıqlarını qiymətləndirmək çətindir, biz bu istiqamətdə çalışırıq. Minlərlə ali, orta məktəb müəllimi, AMEA bu sahədə TQDK ilə birgə çalışır. Ancaq bu sahədə bu gün ciddi bir problem var. Müasir dövrdə təhsildə qiymətləndirmə metodları fərqlidir, ancaq pedaqoji institutlarda bu sahədə tədris aparılmır. Pedaqoji institutlarda müasir qiymətləndirmə kursları yaradılmalıdır".

M. Abbaszadə bildirib ki, hər bir şagirdə, tələbəyə fərdi yanaşma olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə