Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubu
Azərbaycan müəllimlərinin 14-cü qurultayında təhsil naziri Mikayıl Cabbarovun çıxışından sonra Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. SİA-nın məlumatına görə, təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə səsləndirib.
Təbrik məkbtubunda deyilir:
- Hörmətli qurultay iştirakçıları, sizi və sizin simanızda bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı və xoşbəxtlik, fəaliyyətinizdə yeni-yeni nəaliyyətlər arzulayıram. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşıdırılmasında böyük xidmətləri vardır. Dilimizin, əddəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunmuşdur. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son 10 il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşdirilməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradıb.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının qəbul olunmasından sonra keçirilməsi qurutlayınızı Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir. Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricinlərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəllimin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir.
Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, taleyüklü məsələlər ətrafında müzakirələrin və qərarların ölkənin təhsil sisteminin təkmilləşdirlməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğumu bildirib, hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcəkdir.
Dərin hörmətlə, İlham Əliyev!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB