"Problem pedoqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasıdır"
"Hər bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Təhsildə olan qüsurların əsas səbəblərindən biri pedoqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin XIV qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 20 ildə artan templə çoxlu sayda təcrübəsiz və bəzi hallarda kifayət qədər pedoqiji təhsili olmayan təhsil verənlər bu sahəyə gəlirlər: "Hətta onların arasında saxta diplomlarla işləyənlərə də rast gəlinir. Müəllimliyə qəbul imtahanlarda balların aşağı olması insanların bu ixtisasa axınını daha da stimullaşdırıb. Hazırda müəllim hazırlığı sistemində parodaksal vəziyyət yaranıb".
"Təkcə ali təhsil müəssisələrinin hazırladığı kadrların sayı onlara olan real təlabatı təxminən 2 dəfə üstələyir. Buna görə də sistemin nə qədər qeyri-səmərəli işlədiyini aydın şəkildə görə bilərik. Müəllimlərin biliklərinə əsaslanaraq vakansiyaların doldurulmasında müəyyən çətinliklər çəkirik. Buna görə də pedoqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Bu sahədə nəticələri aşağı olan təhsil müəssisələrinin fəaliyyətlərinin dayandırılmasını labüd hesab edirik" - deyə, nazir Mikayıl Cabbarov fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB