"Məktəblərdə xarici və dəqiq elmlərin tədrisi gücləndirilməlidir"
"Müasir cərəyanın tələbi olaraq gənc yaşlarından başlayaraq qrup şəklində hazırlıqların verilməsinə də xüsusi yer ayrılmalıdır. Xarici və dəqiq elmlərin tədrisi daha da gücləndirilməli və bu fənlərə ayrılan saatlar artırılmalıdır. İbtidai təhsil səviyyəsində məntiqli düşüncə, ümumi savad və həyatın bütün çətinliklərinin öyrədilməsi əsasdır. Ana dili və riyaziyyatın tədrisinə böyük önəm verilməlidir". SİA-nın məlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov müəllimlərin XIV qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dərs kurikumlarının mahiyyətinin valideynlər tərəfindən mənimsənilməsi üçün maarifləndirilmə işini daha sürətləndirmək lazımdır: "Növbəti tədris ilində təhsil alanların həftəlik və gündəlik dərs yükünü azaltmaqla yanaşı, tədris ilinin müddətinin artırılması istiqamətində addımlar atılacaq. Bunun həyata keçirilməsində əsas məqsəd 32 həftəlik və 5 günlük iş rejimi şəraitində şağirdlərin həddindən artıq yüklənməsinin qarşısını almaq 3 ay yarımlıq onların tədrisdən ayrılmasının davamiyyətə mənfi təsiri azaltmaqdır".
Nazir onu da qeyd edib ki, növbəti tədris ilində yuxarı siniflərdə məcburi və seçmə fənlərin tədbiqi də nəzərdə tutulur: "Bu modelin yuxarı siniflərdə tədbiqi şagirdlərin ümumi maraqlarını nəzərə alınmasını və ali məktəbə hazırlaşmağa kömək etmək məqsədi daşıyır. Dərsliklərin keyfiyyətini yüksəltmək məqsədi ilə dərslik müəlliflərinin kurikulumların tələblərini dərindən öyrənilməsi nəzərdə tutulub. İkinci strateji istiqamət təhsil sahəsində distant üsullarının müasirləşdirilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB