Nazir: "Ölkələr təhsil sahəsinin hesabına inkişaf edə bilərlər"

Nazir: "Ölkələr təhsil sahəsinin hesabına inkişaf edə bilərlər"

"Son illərdə Azərbaycanda bir çox sosial obyektlər tikilərək istifadəyə verilib: "İndiyədək qazandığımız nailiyyətlərin qorunub saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu, bir reallıqdır ki, müasir dövrdə ölkələr təhsil sahəsinin hesabına inkişaf edə bilərlər. Bu baxımdan Prezident İlham Əliyevin uzaqgörənliklə dediyi kimi, neft kapitalını insan kapitalına çevrilməliyik".

M.Cabbarov qeyd edib ki, ölkəmizin qarşıdakı illərdə sosial-iqtisadi inkişafını müəyyənləşdirən "Azərbaycan-2020: Gələcəyə baxış" Konsepsiyası təsdiqlənib. Bu konsepsiya təhsil sisteminin dəyişdirilməsini, əlavə ömürboyu təhsilin əhəmiyyətinin artırılmasına yardım edəcək.

Nazirin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin yeni prezidentlik dövrüdə ilk imzaladığı sənəd "Azərbaycan Respublikasının Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" olub. Bu sənəd təhsillə bağlı olan bütün subyektləri əhatə edir. Dövlət strategiyasında kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun qaldırılması və s. əsas hədəflər kimi götürülüb. Bu sənəd ölkəmizin modernləşdirilməsi üçün ölkəmizin lazım olan kadr hazırlığının həyata keçirilməsinə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə