Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı öz işinə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda dövlət rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edir. Ümumilikdə, qurultaya 900 yaxın təhsil ictimaiyyətinin nümayəndələri qatılıb.
Hər 5 ildən bir keçirilən qurultayda ölkə təhsilinin inkişafında görülən işlər, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" irəli gələn məsələlər, qarşıya qoyulan vəzifələr müzakirə olunacaq.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan müəllimlərinin XIV qurultayı ilə bağlı təkliflərin qəbulu məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq elektron poçt ünvanı istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB