AMEA-nın vitse-prezidenti: “Elmi işlərin tərcümə edilməsi üçün xüsusi qrupun yaradılmalıdır”
Azərbaycan Milli Elmlər Akademiyası ölkədə elmi işlərin tərcümə edilməsi üçün xüsusi qrupun yaradılmasını təklif edir. SİA-nın xəbərinə görə, bu təkliflə çıxış edən AMEA-nın vitse-prezident Tofiq Nağıyev bildirib ki, Azərbaycan alimləri bir çox mövzularda maraqlı məqalələr, materiallar yazsalar da onların rus, ingilis və xarici dillərə tərcüməsi olduqca zəif olur: "Xarici ekspertlər, mütəxəssislər həmin mətnə qiymət verəndə çox vaxt 1-ci, 2-ci cümlədən sonra onları başa düşmürlər. Bizdə material sözbəöz tərcümə edilir. Amma bəzi sözlər tərcümə edildikdə baş düşülmür. Ona görə də tərcümə materiallarına çox mühüm fikir verilməlidir. Elmin İnkişafı Fondu tərəfindən tərcüməçilər qrupu yaradılsın və onlara əlavə qrantlar ayrılsa ki, tərcümə materialları da adekvat olsun. Çox əfsuslar olsun ki, humanitar elm mütəxəssisləri materialları öz dilimizdə yazırlar, amma onların hətta rus dilinə tərcümə edilməsində çətinlik çəkirlər. Ona görə də biz hazırladığımız materialları özümüz yazıb oxuyuruq və bunları çatdıra bilmirik. Əgər problemləri dünya ictimaiyyətinə çatdırmasaq problemləri həll edə bilmərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB