Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərinin nəzərinə! DİQQƏT
Sabah saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Tarix Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB