"Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tətbiqi ilə bağlı məsələyə diqqət etmək və nəzarəti həyata keçirmək üçün müəyyən işlər görülür". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov belə deyib.
Nazir bildirib ki, artıq Bakıda yerləşən 320-dən çox dövlət məktəbində qida standartlarının tətbiqi ilə bağlı tam unifikasiya işlərinin həyata keçirilməsi üçün özəl operatorların bu işə cəlb edilməsinə başlanılıb: "Yanvarın 1-dən bu proses bütün məktəbləri əhatə edəcək. Bakı məktəbləri ölkədə yerləşən məktəblərin cəmi 8%-ni əhatə etməsinə baxmayaraq, orada oxuyan şagirdlərin sayı 27%-dən çoxdur. Ona görə də biz bu layihənin 1-ci mərhələsini Bakı şəhərini əhatə etməklə proseslərin böyük hissəsini əhatə etmiş oluruq. Ölkənin digər ərazisində bu tədris ili ərzində standartların tam həcmdə tətbiq olunması üçün işləri başa çatdırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB