Təhsil nazirindən məktəblərdə odun pulunun yığılması məsələsinə MÜNASİBƏT

Təhsil nazirindən məktəblərdə odun pulunun yığılması məsələsinə MÜNASİBƏT

"Regionlardakı məktəblərdə şagirdlərdən odun pulu məqsədilə hansısa vəsait yığılırsa, bununla bağlı Təhsil Nazirliyinə konkret faktlarla müraciət edilsin". SİA xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov məktəblərin qış mövsümünə hazırlığı məsələsinə münasibət bildirərkən belə deyib.

Nazir bildirib ki, Bakı məktəblərinin istilik sistemi ilə təchizatı istiqamətində lazımi hazırlıq işləri həyata keçirilib: "Bir sıra məktəblərdə bu işlər başa çatdırılsa da, digərlərində hələ də davam etdirilir. Ölkənin digər bölgələrdə isə məktəblərin istiliklə təchizatı məsələsi yerli icra hakimiyyət orqanları tərəfində həyata keçirilir və keçirilməlidir. Bu da Azərbaycan təhsil sisteminin maliyyələşdirilməsi xüsusiyyətlərindən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə