Nazir: "Direktorlara 3 aylıq kurs keçiriləcək"

Nazir: "Direktorlara 3 aylıq kurs keçiriləcək"

"2014-cü ilin yanvar ayından başlayaraq Təhsil Nazirliyi tərəfindən Azərbaycanda ümumtəhsil sistemini idarə edənlər üçün 3 aylıq hazırlıq kursları keçiriləcək". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda həmin kurslar üçün seçim həyata keçirilir: "Hər bir peşəkar bu kurslara könüllü şəkildə müraciət edə bilər. Kursların nəticəsində yeni reallığa, idarəetmə qabiliyyətinə, biliyə malik olan insanlar yetişdiriləcək. Bu kurslarda hazırda məktəb direktoru işləyən insanlar da iştirak edə bilər".

Nazir qeyd edib ki, gələcəkdə məktəb direktorlarının işə təyinatı və seçimi müsabiqə ilə həyata keçiriləcək: "Direktorların işə qəbulu üzrə müsabiqədə tətbiq olunan meyarlar açıq və şəffaf olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə