Təhsil Nazirliyi: "Adıçəkilən məktəbdə belə bir hal olmayıb" TƏKZİB

Təhsil Nazirliyi: "Adıçəkilən məktəbdə belə bir hal olmayıb" TƏKZİB

Noyabr ayının 25-dən başlayaraq Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 2-ci smenində hər bir fənn üzrə dərs müddəti 45 dəqiqədən 35 dəqiqəyə endirilib. Bu barədə SİA-ya daxil olan məlumata əsasən, hadisəyə səbəb kimi məktəbin qış vaxtına keçməsi göstərilib. Məsələ ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, müraciət araşdırılıb: "Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə dərs müddətinin 35 dəqiqə olması ilə bağlı Təhsil Nazirliyinə daxil olan müraciətiniz əsasında araşdırma aparılıb və adıçəkilən məktəbdə belə bir halın olmadığı müəyyənləşdirilib".

Qeyd edək ki, SİA-ya daxil olan digər bir məlumata görə, artıq ötən gündən başlayaraq məktəbin 2-ci smenində də dərs müddəti 45 dəqiqə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə