Azərbaycanda onkoloji xəstələnmə göstəriciləri MDB məkanına nisbətən aşağı yerdədir
"Azərbaycan onkoloji xəstəliklər və xəstələrin sayına görə dünyada orta yerdədir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib.
Onun sözlərin görə, bu sahədə qeydə alınan göstəricilər bütün ölkələrdən nə yüksək, nə də aşağıdır: "Azərbaycanda onkoloji xəstələnmə göstəriciləri MDB məkanına nisbətən aşağı yerdədir. Lakin onkoloji xəstəliklərdən ölüm göstəricilərinə gəldikdə, Azərbaycan MDB ölkələri arasında 3-4, bəzən isə 2-ci yeri tutur. Son illər Azərbaycanda onkologiya sahəsinə böyük diqqət yetirilir. Prezidentin sərəncamları ilə son dərəcədə maddi-texniki baza və kadr potensialı cəhətdən geniş imkanlara malik olan onkoloji mərkəz qurulub və müasir avadanlıqla təmin olunub. Kadr potensialının genişləndirilməsi baxımından da ciddi işlər görülür. Bakıda fəaliyyət göstərən digər klinika isə Azərbaycan Tibb Universitetinin Onkologiya mərkəzidir. Universitetin Onkologiya mərkəzi nisbətən kiçikdir və burada cəmi 100 çarpayı var. Amma xəstələrin optimal müalicəsi bütün şərait yaradılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB