Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dekabrın 6-da Şəki şəhərində vətəndaşlarla görüşəcək. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinləri üçün Şəki şəhərində Şəki Olimpiya İdman Kompleksində keçiriləcək.
Gəlmək istəyən vətəndaşların komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etməlidirlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB