Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Azərbaycan Tələbələr Birliyinin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyinin 65-ci İdarə Heyəti Toplantısı keçirilir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ATB təmsilçisi Elgün Rzazadənin də iştirak etdiyi toplantının ilk günündə ali təhsildə ictimai məsuliyyətlilik müzakirə olunacaq.
Daha sonrakı günlərdə Avropa Tələbələr Birliyinin müxtəlif fəaliyyətlərinin, daxili və xarici siyasət sənədlərinin, həmçinin, Birliyin gələcək tədbirlərinin müzakirə edilməsi planlaşdırılır.
Azərbaycan Tələbələr Birliyi təmsilçisi Elgün Rzazadənin müxtəlif müzakirə panellərinə qatılacağı, həmçinin, digər Avropa ölkələrinin milli tələbə birliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. ATB nümayəndəsinin mümkün perspektiv layihələr və fəaliyyətlər barədə tərəfdaş milli tələbə birlikləri ilə müzakirələr aparması da nəzərdə tutulub.
Qeyd edək ki, toplantı dekabrın 2-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB