ASAIF-in ( Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu ) tələbələrlə görüşü keçirilib. ASAİF-dən SİA-ya verilən xəbərə görə, görüşdə forumun sədri Ramin Hakimov ( UCL, London ) başda olmaqla Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə təhsil alan üzvləri ilə təmsil olunub.
"Xidmət mühəndisliyi" fakültəsinin dekanı Sevda Vəzirova qonaqları və tələbələri salamladıqdan sonra ASAIF-in sədri R.Hakimov açılış nitqi ilə çıxış edib. O bildirib ki, forumun yarandığı gündən indiyədək həm ölkə xaricində, həm ölkə daxilində həyata keçirdiyi iri miqyaslı tədbirlərdən, bu tədbirlərin isə xaricdə təhsil alan məzun və tələbələrimizə göstərdiyi mütərəqqi təsirlərindən söhbət açıb.
Sonra ASAIF haqqında qısa video-rolik tələbələrə nümayiş etdirilib. ASAIF-çilər xaricdə təhsillə bağlı öz təcrübələrini bölüşərək düzgün istiqamət və xüsusilə bu sahədə dolğun məlumat veriblər.
Daha sonra iştirakçılar xaricdə təhsil üzrə dövlət proqramı, nailiyyətlər, proqramın obyektivliyi və bu ilki nəticələr haqqında məlumatlandırılıblar. Təşkilatın üzvləri yaşadıqları maraqlı təcrübələri və cənab prezident İlham Əliyevin başçılığı ilə qəbul olunan yeni dövlət strategiyası ilə bağlı fikirlərini bölüşüblər. Görüş ASAIF üzvlərinin öz şəxsi təcrübələrinə əsaslanaraq auditoriyanın suallarının cavablandırılması ilə davam edib. Sonda isə qonaqlarla birgə xatirə şəkli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB