Səfir Paskal Munyen BDU-da olub

Bu gün Bakı Dövlət Universitetində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Munyen ilə görüş olub. BDU-dan SİA-ya verilən məlumata görə, qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona BDU haqqında məlumat verib və əsasən universitetin beynəlxalq əlaqələrindən, Fransa universitetləri ilə əməkdaşlıqdan bəhs edib.

Öz növbəsində səfir Paskal Munyen əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və tələbə-müəllim mübadiləsini vacib sayıb.

Sonra səfir "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı təqdimat edib. Təqdimatda universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, müəllim və tələbələr iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə