Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başladı MÜSABİQƏ

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başladı MÜSABİQƏ

Bu gündən başlayaraq Azərbaycanın ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üzrə yeni müsabiqəyə start verilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplayan, lakin işə qəbul olunmayan şəxslər ümumtəhsil məktəblərindəki yeni vakant yerlərə seçə bilərlər. Namizədlər bu gündən noyabrın 26-dək Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" bannerindən "Şəxsi səhifə"yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər.

Vakant yerlərin seçimi 26 noyabr tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin "Şəxsi səhifə"sinə göndəriləcək. Vakant yer tutan namizədlər "Şəxsi səhifə"də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə