Milli Məclisin vitse-spikeri Almaniyanın nümayəndə heyətini qəbul edəcək

Milli Məclisin vitse-spikeri Almaniyanın nümayəndə heyətini qəbul edəcək

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov sabah Almaniya Bundestaqının "Beynəlxalq parlament təqaüdü" ( IPS) üçün uyğun namizədləri seçmək məqsədilə Almaniyadan gələn nümayəndə heyətini qəbul edəcək. SİA-nın xəbərinə görə, Alman nümayəndə heyətinə cənab Bernhard Şulte - Drüggelte başçılıq edəcək.

Qeyd edək ki, Beynəlxalq Parlament təqaüdü (İPS) çərçivəsində hər il 28 ölkədən ümumilikdə 120 təqaüdçüyə 5 ay ərzində, 2014-cü ilin 3 martından 2014-cü ilin 31 iyuluna qədər Almaniya Bundestaqı tərəfindən verilən təqaüd vasitəsilə Almaniyanın parlament sistemi ilə tanış olmaq imkanı verilir. Proqramın məqsədi siyasi və demokratik qərarvermənin bilavasitə şahidi olmağa imkan yaratmaqdır. Seçiləcək təqaüdçülər bu müddət ərzində bir Bundestaq deputatının ofisində işləyirlər, həmçinin Berlin universitetlərinin birində təhsil alırlar.

Bundan başqa, onlar əlavə mühazirələr və təhsil tədbirlərində iştirak edə bilirlər. Proqram Almaniya Bundestaqı prezidentinin himayəsi altındadır və üç Berlin universitetləri ilə birlikdə həyata keçirilir. Bütün yol, yaşayış və sığorta xərcləri aylıq təqaüd daxil olmaqla, Almaniya Bundestaqı tərəfindən ödənilir. Hər il, dekabr ayından başlayaraq Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində IPS proqramında iştirak etmək üçün sənəd qəbuluna start verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə