Bu gün Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsində ibri şöbəsinin açılmasının 20 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov deyib ki, şərqşünaslıq fakültəsində ibri şöbəsi 1993-cü ildən açılıb, sonra 3 ildən bir, 2003-cü ildən isə hər il qəbul aparılıb: "İndiyədək bakalavr pilləsini 67, magistraturanı isə 13 nəfər bitirib. hazırda ibri şöbəsində 32 tələbə və 2 magistrant təhsil alır. Dövlət proqramı çərçivəsində tələbələrimizin İsrailin aparıcı universitetlərində təhsil almasına çalışırıq".
Rektor qeyd edib ki, BDU-nun İbri dili məzunlarından 2 nəfər Fransada, 3 nəfər Türkiyədə magistraturaya daxil olub, 4 nəfər AMEA institutlarının dissertantıdır.
İsrailin Azərbaycandakı səfir Rafael Harpas İsraildən kənarda, Bakı Dövlət universitetində ibri dilinin tədris olunmasını yüksək qiymətləndirib: "Azərbaycan sürətlə inkişaf edən ölkədir. İki ölkə arasında bütün sahələr, o cümlədən təhsil sahəsində də qarşılıqlı münasibətlər mövcuddur".
Tədbir tələbələrin hazırladığı "Yəhudi toyu" səhnəciyi və İbri dilinə tərcümə edilmiş "Azərbaycan" mahnısı ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB