Bu gün Demokratik Partiya Fraskiyasının üzvü Ferrari Roemavinin rəhbərlik etdiyi İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Azərbaycan Dillər Universitetində olublar. Nümayəndə heyəti və Universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasının I kurs tələbələri arasında görüş keçirilib.
ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev qonaqları salamlayıb. ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən söz açan dekan tələbələrin mütəmadi olaraq İndoneziyaya göndərildiklərini və oradan yüksək təəssüratlarla geri döndüklərini bildirib. O, tələbələrin İndoneziya dili və mədəniyyətinə böyük maraq göstərdiklərini söyləyib. Universitetdə keçirilən görüşlərdən bəhs edən A.Nağıyev bu kimi görüşlərin tələbələrin ölkəyə və dilə olan marağının artmasında və bu istiqamətdə yüksək biliklərə yiyələnməsində müsbət təsir göstərdiyini vurğulayıb.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto çıxışında tələbələrin İndoneziya dilinə göstərdikləri maraq və bu dili öyrənməkdə etdikləri cəhdlərdən fəxr hissi duyduqlarını bildirib. O, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətinin ölkələrarası əlaqələrin inkişafında böyük rol oynadığını bildirib. Səfir Dostluq qrupuna İndoneziya Araşdırmalar Mərkəzinin kitabxanasına İndoneziyadan kitabların gətirilməsi haqda təklif irəli sürüb.
Görüşdə Dostluq Qrupunun üzvləri İndoneziya dili, mədəniyyəti, tarixi, siyasəti haqqında məlumat veriblər. Sual-cavab xarakteri daşıyan görüşdə qonaqlar tələbələrin İndoneziya dilinə maraq göstərdiklərini və bu dili yüksək səviyyədə mənimsədiklərini vurğulayıblar.
Sonda səfir ADU-nun İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin Azərbaycan Diplomatik Akademiyasında keçirilən III Ənənəvi Beynəlxalq Festivalda nümayiş etdirdikləri İndoneziya rəqsinə görə qazandıqları diplomu Mərkəzin müdiri Laura Zərbəliyevaya təqdim edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB