Müəllimlərin əməkhaqları onların attestasiyadan keçmək səviyyəsi ilə müəyyənləşəcək
Bu gün Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"-nın hədəfləri ilə bağlı jurnalistlərə treninq keçirilib. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun rəhbərliyi ilə keçirilən treninqdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi, səriştəyə əsaslanan məqsədyönlü təhsilin yaradılması, 12 illik təhsil sisteminə keçid və bununla bağlı müəllimlərin attestasiyadan keçirilməsi, attestasiya nəticələrinə uyğun olaraq müəllimlərin əməkhaqlarının müəyyənləşdirilməsi kimi məsələlər barədə məlumat verilib.
Cəsarət Valehov 12 illik təhsilə keçid mərhələsində müəllimlərin attestasiyadan keçirilməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Dövlət Strategiyasında digər məsələlər kimi bu problemdə mərhələli şəkildə aradan qaldırılacaq: "Müəllimlərin əməkhaqları onların attestasiyadan keçmək səviyyəsi ilə müəyyən olunacaq. Belə ki, attestasiyadan sonra hər bir müəllim əldə etdiyi nəticəyə uyğun olaraq əməkhaqqı alacaq".
Treninqdə həmçinin təhsilin inkişafı üzrə Dövlət Strategiyasının reallaşdırılmasında "Hər şagirdə bir planşet" layihəsinin də tətbiq olunacağı qeyd olunub. Bildirilib ki, layihə sayəsində təhsil şagirdlərə kitablar deyil, onları əvəz edən planşetlər vasitəsilə tədris olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB