Bakı məktəblərində fənnlər üzrə “Bilik yarışı” keçirilir FOTOLAR

Bakı məktəblərində fənnlər üzrə “Bilik yarışı” keçirilir FOTOLAR

Bu gün Bakı məktəblərində fənnlər üzrə "Bilik yarışı" keçirilir. Bu yarışmanın məktəb üzrə qalibləri Bakı şəhəri üzrə keçiriləcək olimpiadanın birinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, hər il ənənəvi olaraq keçirilən "Bilik yarışı" uşaqların təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə təşkil edilir və eyni zamanda xüsusi istedada malik uşaqların potensialının aşkar edilməsinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə