Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova I kurs tələbələri ilə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və kafedra müdirləri iştirak edib.
Tədbirdə çıxış edən Filologiya və Jurnalistika fakültəsinin dekanı Sevda Vahabova bildirib ki, rəhbərlik etdiyi fakültənin I kursunda 700 tələbə təhsil alır. Bu tələbələrin 650 nəfəri bakalavr, 50 nəfəri isə magistrdır. ADU rəhbərliyinin təhsilə, gəncliyə xüsusi qayğı göstərdiyindən danışan dekan məhz bu qayğının nəticəsində də ADU-da vacib islahatların aparıldığını dilə gətirib. Bolonya prosesi haqqında da danışan S. Vahabova semestrin qiymətləndirilməsi meyarları haqqında tələbələrə ətraflı məlumat verib. Dekan bildirib ki, fakültənin nəzdində 7 kafedra fəaliyyət göstərir. Universitetdə aparılan islahatlardan söz açan S. Vahabova auditoriyaların təmir olunduğunu, maddi-texniki bazanın gücləndirdiyini tələbələrin diqqətinə çatdırıb. Fakültədə tədris prosesinin vəziyyəti haqqında danışan dekan tələbələrə nizam-intizam məsələlərinə diqqət yetirməyi və dərslərini yaxşı oxumağı tövsiyə edib.
Görüş tələbələrin suallarını cavablandırılması ilə başa çatıb.
Digər bir görüş isə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyevlə I kurs tələbələri arasında keçirilib. Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və kafedra müdirləri iştirak edib.
Fakültə dekanı Anar Nağıyev I kurs tələbələrinin iki ayda qiymətləndirilməsini özündə əks etdirən təqdimatla çıxış edib. A. Nağıyev bildirib ki, I kurs tələbələri arasında tədris prosesinin vəziyyətini dəyərləndirmək məqsədilə sorğu keçirilib. O, "Tələbələr bizim haqda nə düşünür?" sualına tələbələrin universitetdə təhsil almaq üçün yüksək səviyyədə şərait yaradıldığı cavabını verdiyini deyib. A. Nağıyev fakültə rəhbərliyinin iradlarını tələbələrin nəzərinə çatdırıb. Bildirib ki, bir sıra qrupların dərsə davamiyyət nəticələri aşağı səviyyədədir. A. Nağıyev semestrin qiymətləndirilməsi, imtahan qaydaları haqda da tələbələri məlumatlandırıb. Dekan universitetin beynəlxalq əlaqələri çərçivəsində fakültənin Böyük Britaniyanın Qlazqo Universiteti ilə əməkdaşlıq edəcəyini də diqqətə çatdırıb.
Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov tələbələrlə bu kimi görüşlərin keçirilməsini yüksək qiymətləndirib. Prorektor universitetin beynəlxalq əlaqələrindən, maddi-texniki bazanın gücləndirilməsindən, tədris prosesinin vəziyyətindən də söz açıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB