Noyabr ayının 7-dən 9-dək Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosasiyasının (Association for Educational Assessment-Europe) 14-cü konfransı keçiriləcək. SİA-nın məlumatına görə, konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Komissiyanın aparat rəhbəri Nərminə Bayramova iştirak edəcək. "Beynəlxalq araşdırmalar, digər təcrübələrdən bəhrələnmə siyasəti və milli qiymətləndirmə" mövzusunda keçiriləcək konfrans Fransanın paytaxtı Paris şəhərində təşkil olunacaq.
Konfransda biliyin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, milli qiymətləndirmənin təbliği və bu sahədə araşdırmalar, həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB