Ümumi təhsil müəssisələrinin reytinq siyahısı hazırlanıb

Ümumi təhsil müəssisələrinin reytinq siyahısı hazırlanıb

Təhsil Nazirliyində 2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında müvafiq tədqiqat aparılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədqiqat Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini (ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), Təhsil Nazirliyinə tabe məktəbləri və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə edib. 336 məktəb haqqında toplanılan məlumat əsasında tədqiqatın hesabatı hazırlanın.

Aparılan tədqiqatın nəticələrinə uyğun olaraq, Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinq siyahısını hazırlayıb. Hazırlanan reytinq siyahısında Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2012-2013-cü və 2011-2012-ci dərs ili üzrə nəticələrinin müqayisəli təhlili də öz əksini tapıb. Siyahı ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz:

http://www.edu.gov.az/upload/file/baki-mekteblerinin-imtahanlarinin-neticelerine-gore-reytinq-gostericileri-2012-2013.pdf

Bütün xəbərlər Facebook səhifəmizdə