“Azərbaycan-Çin əlaqələrinin inkişafında xalq diplomatiyasının rolu”
Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Çin əlaqələrinin inkişafında xalq diplomatiyasının rolu" mövzusunda seminar keçirilib. SİA-ya verilən məlumata görə, seminarda ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, ADU rektorunun müşaviri Vazeh Əsgərov və Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey iştirak edib. Tədbirdə çıxış edən mərkəzin direktoru Rafiq Abbasov qarşılıqlı faydalı strateji əməkdaşlığın inkişafında və Azərbaycan-Çin arasındakı humanitar mübadilədə xalq diplomatiyasının rolundan danışıb, mədəniyyətlərarası dialoqda gənclər təşkilatlarının iştirakının vacibliyini xüsusi vurğulayıb.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, İDEA kampaniyasının yaradıcısı Leyla Əliyevanın apardığı ictimai diplomatiyanın müsbət nəticələrini qeyd edib. Seminarda universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri öz çıxışlarında Azərbaycan-Çin xalq diplomatiyasının inkişafının əsas mərhələləri və perspektivləri, Azərbaycanın humanitar siyasətinin özəllikləri, qardaşlaşmış şəhərlər Bakı, Sumqayıt və Çin şəhərləri- Çjuçjoy, Çendu və Karamayın beynəlxalq fəaliyyəti haqqında məsələlərə toxunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB