Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində nə baş verib? TƏHSİL NAZİRLİYİNDƏN MÜNASİBƏT

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində nə baş verib? TƏHSİL NAZİRLİYİNDƏN MÜNASİBƏT

Təhsil Nazirliyi Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris-istehsalat işləri üzrə keçmiş direktor müavini Ələmdar Əliyevin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunması məsələsinə münasibət bildirib. Nazirlikdən SİA-nın sorğusuna cavab olaraq qeyd olunub ki, Ələmdar Əliyev 5 mart 2012-ci il tarixində öz ərizəsi əsasında işdən azad olunub: "Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2013-cü ilin iyul ayında göndərdiyi sorğuya cavab məktubunda da qeyd olunub".

Təhsil Nazirliyindən bildirilib ki, təhsil sahəsində şəffaflığın təmin olunmasına və qarşılıqlı münasibətlərin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsinə yönələn tədbirlər nazirlik tərəfindən hər zaman təqdir olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə