676 azərbaycanlı gənc Böyük Britaniya universitetlərinin tələbəsi adını qazanıb

676 azərbaycanlı gənc Böyük Britaniya universitetlərinin tələbəsi adını qazanıb

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu günə kimi 676 azərbaycanlı gənc Böyük Britaniya universitetlərinin tələbəsi adını qazanıb". SİA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, onlardan 464-ü təhsillərini başa vurub, 200-ə yaxını isə təhsilini davam edir: "Yalnız cari il ərzində 257 gənc Böyük Britaniya universitetlərində təhsil almaq üçün göndərilib. Bu rəqəmlər yalnız dövlət proqramı çərçivəsində təhsil alanlara aiddir. Ümumilikdə isə orada təhsil alan tələbələrin sayı daha çoxdur. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ölkəmiz üçün yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm sənəddir. Dövlət Proqramında Böyük Britaniyanın 27 ali təhsil müəssisəsi prioritet universitetlər sırasına daxil edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə