Nazir müavini: "İnternat məktəblərində olan uşaqların ailələrə verilməsi nəzərdə tutulub"
"Hesab etmirəm ki, belə qısa müddətdə ölkə üzrə fəaliyyət göstərən internat məktəbləri bağlansın". SİA-nın xəbərinə görə, bu fikriləri jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, dövlət proqramında internat məktəblərində olan uşaqların ailələrə verilməsi nəzərdə tutulub və məsələ ilə bağlı dövlətin yanaşması bundan ibarətdir: "Lakin bu proses mərhələlərlə getməlidir. İnternat məktəblərində uşaq kontingentimiz olan müddətdə təbii ki, bu məktəblərin bağlanması çətindir. Uşaqların ailələrə verilməsi problemi həll olunana qədər internat məktəbləri fəaliyyət göstərəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB