Təhsil Nazirliyindən imtahanların yazılı və ya şifahi keçirilməsinə MÜNASİBƏT

Təhsil Nazirliyindən imtahanların yazılı və ya şifahi keçirilməsinə MÜNASİBƏT

"Təhsil Nazirliyi olaraq hesab edirik ki, əsas məqam imtahanların yazılı və ya şifahi keçirilməsi deyil, imtahanların düzgün formalaşdırılması, tələbələrin biliklərinin düzgün qiymətləndirilməsidir". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov ali məktəblərdə imtahanların yazılı və ya şifahi formada keçirilməsinə məsələsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, ali məktəblərdə imtahanların yazılı və ya şifahi keçirilməsi universitetlərin öz siyasətidir: "Ali təhsil müəssisələri imtahanları yazılı və ya şifahi aparmaqda müstəqildirlər. Təhsil Nazirliyi hesab edir ki, imtahanların bu və ya digər formada aparılması əhəmiyyət kəsb etmir. Əsas məsələ imtahanların düzgün təşkil edilməsidir. Nəticə etibarı ilə Təhsil Nazirliyi olaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, tələbələrin biliklərinin düzgün qiymətləndirilməsi üçün yönələn hər bir təşəbbüsü biz dəstəkləyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə