Cari ilin 5 noyabr tarixində təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərində vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda iştirak etmək üçün vətəndaşlar noyabrın 2-də saat 10:00-dan 15:00-dək və noyabrın 4-də saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin Qəbul otağında və ya "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər. Bundan əlavə, Təhsil Nazirliyinin saytının "Elektron müraciət" bölməsində (http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts) qeydiyyatdan keçmək mümkündür.
Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB