Sənədlərin qəbulu noyabrın 20-də başa çatacaq

Sənədlərin qəbulu noyabrın 20-də başa çatacaq

Təhsil Nazirliyi tərəfindən təşkil olunan ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsinə sənədlərin qəbulu noyabrın 20-də başa çatacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təhsil nazirinin əmrinə əsasən təşkil edilən "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi"ndə iştirak etmək istəyənlər müvafiq təkliflərini ənənəvi və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərdən biri hesab etdiyindən, müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Bütün xəbərlər Facebook səhifəmizdə