Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Suffolk Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetində olublar. ADU-dan SİA-ya verilən məlumata görə, qonaqları salamlayan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniya universitetləri ilə əlaqələrə toxunub və bu ilin əvvəlində ADU nümayəndə heyətinin Suffolk Universitetində olan görüşlərini xatırladıb. Rektor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edib.
Qonaqlar Azərbaycanda və ADU- da olmaqdan məmnun olduqlarını bildiriblər. III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda olmaqdan məmnun olduqlarını vurğulayan qonaqlar ölkəmiz, o cümlədən Bakı haqqında böyük təəssüratlarının olduğunu bildiriblər. Azərbaycanın bölgələri və tarixi yerləri, xalqımızın qonaqpərvərliyi haqda söz açıblar.
Görüşdə Forum çərçivəsində keçirilən dəyirmi masada müzakirə olunacaq mövzular haqqında fikir mübadiləsi aparılıb. Distant təhsillə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, tərəflər beynəlxalq əməkdaşlığın inkişafı haqda fikirlərini bölüşüblər.
Sonda ADU və Suffolk Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB