Bakı Dövlət Universiteti daha iki universitetlə Anlaşma Memorandumu imzalayıb

Bakı Dövlət Universiteti daha iki universitetlə Anlaşma Memorandumu imzalayıb

Bu gün III Bakı Beynəlxalq Humanitar Formu çərçivəsində Bakı Dövlət Universiteti ilə Italiyanın Siena Universiteti və Mərakeş Krallığının Məhəmməd V Universiteti ilə ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə