Bakı Dövlət Universiteti bir sıra ali təhsil ocaqları ilə Anlaşma Memorandumu imzalayıb

Bakı Dövlət Universiteti bir sıra ali təhsil ocaqları ilə Anlaşma Memorandumu imzalayıb

Bu gün III Bakı Beynəlxalq Humanitar Formu çərçivəsində Bakı Dövlət Universiteti ilə Ukrayna Prezidenti yanında Milli Dövlətmİdarəetmə Akademiyası, Estoniyanın Tartu Universiteti, Çexiya Respublikasının Palaski Universiteti, Belarusun Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetləri arasında ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə