Abel Məhərrəmov: "Heç bir təbii resurs, elmi innovasiyaların iqtisadi gəlirlərlə müqayisə edilə bilməz"
III Bakı Beynəlxalq Humanitar Forumunda Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən "Elmi İnnovasiyalar və onların təhsil mühitinə transferi" mövzusunda dəyirmi masa öz işini davam etdirir. SİA-nın məlumatına görə, dəyirmi masanın ikinci sessiyasında Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov elmi innovasiyaların təhsil mühitinə transferi barədə məruzəsində bildirib ki, elmi İnnovasiyalar və onların təhsil mühitinə transferi qloballaşma şəraitində cəmiyyətin inkişafının əsas amillərindən biridir: "Cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri arasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təssərüfatı və.s elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz".
Akademik bildirib ki, bu gün elmi innovasiyaların təhsil mühitinə transferi 3 istiqamətdən ibarətdir: "Bu istiqamətlər, "Elmi innovasiyalara əsaslanan prioritet elmi istiqamətlər əsasında tədrisin təşkili", "Təhsil alanların elmi nailiyyətlərə yiyələnməsi" və Təhsil sisteminin maddi texniki bazasının gücləndirilməsi"ndən ibarətdir.
A.Məhərrəmov məruzəsində qeyd edi ki, əgər bəşəriyyətin inkişafının zirvə nöqtəsini vətəndaş cəmiyyətinin qurulmasında görürüksə, buna yalnız elmi uğurları tətbiq etməklə elm-təhsil əlaqələrinin möhkəmləndirilməsi yolu ilə insanların intellektual səviyyəsini yüksəltməklə nail olmaq olar.
Daha sonra dəyirmi masa iştirakçıların məruzələri ilə davam edib.
Qeyd edək ki, dəyirmi masanın sonunda bəyannamə qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB