AMEA prezidenti: "Qanun layihəsinin gecikməsi ilə bağlı heç nə deyə bilmərik"

AMEA prezidenti: "Qanun layihəsinin gecikməsi ilə bağlı heç nə deyə bilmərik"

"AMEA magistratura və doktorantura pilləsində təhsil alan oğlanlara möhlət verilməsi məsələsi ilə bağlı ilin sonunadək hər hansı bir təşəbbüslə çıxış edə bilər". Bu sözləri Azəbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, qanun layihəsi ilə Milli Məclis məşqul olduğundan onun qəbulunun gecikməsi ilə bağlı nəsə demək mümkün deyil: "Bununla bağlı məsələyə Rəyasət heyətində Milli Məclisin elm və təhsil komitəsi ilə birgə bir daha baxılacaq və həmin müzakirələr zamanı öz təkliflərimizi verəcəyik. Ona görə də yalnız müzakirələrdən sonra bu haqda danışmaq olar. Amma düşünürəm ki, ilin sonuna qədər bu məsələ ilə bağlı hər hansı bir təşəbbüs irəli sürüləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə