Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 31 oktyabr-1 noyabr 2013-cü il tarixində Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin Ankara Universitetinin rektoru, professor Erkan İbişi və Ankara şəhəri üzrə Tömər direktoru, Koreya dili kafedrasının müdiri, professor Mahmut Ertan Gökməni Bottanı qəbul edib. ADU-dan SİA-ya verilən məlumata görə, rektor, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumun açılışı haqqında danışaraq öz təəssüratlarını bölüşüb. O, Ankara Universitetinin dəstəyi ilə Tömər imtahanlarının ADU-da təşkil olunmasını və bu proqramın ADU və Ankara Universiteti arasında əməkdaşlıq nəticəsində həyata keçirildiyini vurğulayıb. Əlaqələrin yüksək səviyyədə olduğunu deyən rektor, professor Səməd Seyidov bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
Türkiyənin Ankara Universitetinin rektoru, professor Erkan İbiş səmimi qəbula görə təşəkkür edib. O, əməkdaşlığın vacib və əhəmiyyətli olduğunu bildirib. E. İbiş vurğulayıb ki, imzalanacaq əməkdaşlıq müqaviləsi yeni əlaqələrin yaranmasına və inkişafına təkan verəcək. O, bu gün imzalanacaq müqavilənin həyata keçirilməsinin, müxtəlif proqramlar üzrə əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkili, universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov və Türkiyənin Ankara Universitetinin rektoru, professor Erkan İbiş universitetlər arasında əməkdaşlıq müqaviləsini imzalayaraq yeniləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB