Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 31 oktyabr-1 noyabr tarixində Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan İtaliyanın Bolonya Universitetinin professorunu qəbul edib. ADU-dan SİA-ya verilən məlumata görə, qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnunluğunu bildirib. İtaliya universitetləri ilə əməkdaşlıqdan söz açan rektor, professor Səməd Seyidov bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. O, universitetdə italyan dilinin uğurla tədris olunduğunu və bu dillərə tələbələrin maraq göstərdiyini vurğulayıb. İtaliyanın Peruca, Bolonya, Siyena, Venesiya Universitetləri ilə də əməkdaşlıq etdiyini bildirən Səməd Seyidov ADU-nun İtaliya universitetləri ilə əlaqələrindən söz açıb. Rektor, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışaraq onun əhəmiyyəti, burada dünyanın müxtəlif ölkələrindən, Nobel mükafatı laureatlarının, tanınmış elm adamlarının, ictimai xadimlərin iştirak etdiyini deyib.
Qonaq səmimi qəbula görə təşəkkür edib. Qonaq ADU-da italyan dilinin tədrisinin yüksək qiymətləndirib.
Qeyd edək ki, görüşdə gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, birgə tədbirlərin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB