ADU Argentinanın La Plata Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 31 oktyabr-1 noyabr 2013-cü il tarixində Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Argentinanın La Plata Milli Dövlət Universitetinin və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru professor Noberto Konsani və Beynəlxalq Münasibətlər İnstitutunun departament koordinatoru, professor Paulo Bottanı qəbul edib.
SİA-ya verilən məlumata görə, rektor, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışıb, onun əhəmiyyəti, burada dünyanın müxtəlif ölkələrindən, Nobel mükafatı laureatlarının, tanınmış elm adamlarının, ictimai xadimlərin iştirak etdiyini dedi. ADU haqda məlumat verən rektor Argentina və ADU əlaqələrinə toxunaraq bu sahədə əlaqələrin yaradılmasına görə Argentinanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinə təşəkkür edib. O, Argentinada Azərbaycan kafedrasının fəaliyyətinin vacib əhəmiyyət daşıdığını bildirib. Rektor professor Səməd Seyidov ADU-da tələbələrin ispan dilinə böyük maraq göstərdiyini deyib. O, tələbələrin bu dili öyrənməklə ispandilli ölkələri yaxından tanıdıqlarını, bu ölkələrin mədəniyyət və tarixini də mənimsədiklərini sözlərinə əlavə edib. Rektor universitetdə İspan dili mərkəzinin də fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırıb. O, bu baxımdan ADU-nun Regionşünaslıq kafedrasının nəzdində Argentina kafedrasının açılmasının məqsədəuyğun olduğunu vurğulayıb.
Sonra Səməd Seyidov və Argentinanın La Plata Milli Dövlət Universitetinin və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru professor Noberto Konsani əməkdaşlıq müqaviləsini imzalayıblar. Müqaviləyə əsasən, təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın qurulması və ADU-da Argentina kafedrasının açılması razılaşdırılıb.
Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Riva, səfirliyin konsulu Qabriel Xorquero, Argentinanın Milli Xarici Xidmət İnstitutunun direktoru Xuan Valle Raleigh, Argentina Səfirliyinin Mədəniyyət işləri üzrə nümayəndəsi Tutu Yunusova iştirak ediblər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB