ADA-da sertifikatların təqdimatı olacaq

ADA-da sertifikatların təqdimatı olacaq

ADA-nın İxtisasartırma Proqramı Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə həyata keçirdiyi əfqan dövlət rəsmiləri üçün "Keçid dövründə Dövlət Quruculuğu" adlı 4-cü Bakı kursunu başa vurub. SİA-nın məlumatına görə, kursu bitirənlər bağlanış mərasimində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Aebişer və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzindən Mark Finaud tərəfindən sertifikatlarla təltif olunacaqlar.

Qeyd edək ki, 21 oktyabr tarixində başlayan və doqquz gün davam edən "Keçid dövründə Dövlət Quruculuğu" adlı təlim çərçivəsində 20 əfqan dövlət rəsmisi fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, medianın idarə edilməsi, keçid dövründə insan hüquqları, hökümət və ədalət sistemləri daxilində korrupsiy ilə mübarizə, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları və ekstrimizmlə mübarizə kimi mövzular ətrafında təlim keçiblər.

Təlim Azərbaycan, İsveçrə və Latviya hökumətlərinin maliyyə dəstəyi ilə baş tutub. Təlim çərçivəsində həmçinin, iştirakçılar ADA-nın kampusu və Bakının bir sıra tarixi əhəmiyyətli yerləri ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə