Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) həyətində tələbələrin iştirakı ilə ilk fləşmob keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, ADU Tələbə Gənclər Təşkilatının Kitab klubunun və "Azərbaycan Universitetləri" "Facebook" səhifəsinin təşkilatçılığı ilə keçirilən fləşmobu ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov da izləyib. ADU tələbələrinin iştirakı ilə baş tutan fləşmobun məqsədi gənclərdə kitaba olan marağın artırılmasıdır. "Kitab oxuyaq" devizi altında universitetin 150 tələbəsinin iştirakı ilə keçirilən fləşmobda rəqslər nümayiş olunub, gənclər kitab oxuyaraq kənardakıların diqqətini cəlb etməyə cəhd ediblər. Bu aksiyanı izləmək üçün ADU-nun həyətinə xeyli sayda gənclər toplaşıb. Fləşmobda 3 cərgə düzülən, qırmızı, yaşıl və göy köynəklər geyən tələbələr meydanda "ADU" sözünü "yazdılar".
Fləşmob tamamilə könüllü məşğuliyyətdir və fərqli məqsədlərlə təşkil olunur. Məsələn, əylənmək, cəmiyyətin diqqətini cəlb etmək, müəyyən stereotiplərdən xilas olmaq, özünü təsdiqləmək, stress atmaq, yeni dostlar qazanmaq və s. məqsədlə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB