"Məktəbəqədər sektorunda çatışmayan infrastrukturun yaradılmasını özəl sektorla əməkdaşlıqda axtarmaq lazımdır"
"Azərbaycanda təhsil sisteminin məktəbəqədər sektorunda çatışmayan infrastrukturun yaradılması yollarını ənənəvi olaraq yalnız dövlət resursları hesabına deyil, özəl sektorla əməkdaşlığın genişlənməsində axtarmaq lazımdır". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin bu sahədə siyasəti məktəbəqədər təhsilə özəl sektorun marağı olduğu təqdirdə, bu təşəbbüsləri dəstəkləməkdir: "Bunun üçün Azərbaycanın qanunvericiliyi də təkmilləşdirilir. Burada əsas məsələ həmin müəssisələrin və müraciət edən tərəflərin Azərbaycanın təhsil qanunvericiliyinə uyğun olaraq bütün proqrama, tələb və standartlara cavab verməsi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB