Mikayıl Cabbarov: "Ali məktəblərə muxtariyyətin verilməsi hesabatlılığın azaldılması demək deyil"
"Bir sıra məsələlərdə ali məktəblərə artıq muxtariyyət verilib. Lakin muxtariyyətin verilməsi hesabatlılığın azaldılması demək deyil, əksinə artırılması deməkdir". SİA xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, ali məktəblərə digər sahələrdə də muxtariyyətin verilməsi üçün təhsil nazirliyi aparıcı təhsil sistemlərinin təcrübəsini öyrənməlidir: "Lakin istənilən halda ali təhsil ocaqlarının mülkiyyət formasından asılı olmayaraq, idarə etmə motivlərinin təkmilləşdirilməsi, onların fəaliyyətinin şəffaflığının və səmərəliliyinin təmin edilməsi və ali təhsil müəssisələrinin tədris proseslərinin keyfiyyətinin yüksəldilməsi hesabına məzunların bilik səviyyəsinin, peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB