"Nazirlik təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı fəaliyyət planı hazırlayacaq"

"Nazirlik təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı fəaliyyət planı hazırlayacaq"

"Ötən gün ölkə prezidentinin sərəncamı ilə imzalanan Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üçün Təhsil Nazirliyinin ilk addımı məsələ ilə bağlı fəaliyyət planın hazırlanması olacaq". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan təhsilinin inkişafı üçün dövlət strategiyasının imzalanması mühüm addımdır, eyni zamanda ölkə təhsili üçün konseptual və çox əhəmiyyətli sənəddir: "Bu sənəd bizim qarşımızda yeni hədəfləri, təhsil sahəsində indiyə kimi mövcud olan vəziyyətin qiymətləndirilməsini, eyni zamanda Azərbaycan təhsil sisteminin aparıcı dünya standartlarına uyğun qurulması üçün yolları müəyyənləşdirir. Bu sənəd çox əhatəlidir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının reallaşması üçün hazırlanacaq fəaliyyət planında tədbirlərin icra müddətləri də müəyyənləşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə