Təhsil Nazirliyi, ARDNŞ və “Azərsu” arasında memorandum imzalanıb YENİLƏNİB

Təhsil Nazirliyi, ARDNŞ və “Azərsu” arasında memorandum imzalanıb YENİLƏNİB

Bu gün Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov imzalanacaq memorandumların əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, memorandumların imzalanması Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, regionların sosial iqtisadi inkişafi Dövlət Proqramına müvafiq olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sisteminin təkmilləşdirilməsini və işəgöturən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etmək məqsədlərinə xidmət edir: "Memorandumlarda peşə təşkili üzrə təhsil verənlərin və təhsil alanların bilik və bacarıqlarının artırılması, onların elmi texniki yeniliklərə yiyələnməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsini və peşə təhsili sisteminin ictimai statusunun yüksəldilməsi məsələləri əksini tapıb. Həmçinin memorandumda ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri üçün istehsalat təcrübəsinin təşkili, onların ödənişli yay təcrübəsi proqramına qəbul etməsi, ilk peşə ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət üçün müvafiq treninqlərin keçirilməsi məsələləri də nəzərdə tutulub".

ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində Azərbaycanın əmək bazarında daha yüksək səviyyəli və ixtisaslaşmış işçi qüvvəsinə yaranan ehtiyacın ödənilməsində müvafiq əməkdaşlıq münasibətləri mühüm rol oynayır: "Peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminəm".

Daha sonra mərasimdə çıxış edən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın peşəkar kompetensiyalara malik müvafiq mütəxəssislərin hazırlanması işinə sistemli yanaşmağa imkan verir. Rəsmi hər iki dövlət qurumunun birgə səyləri nəticəsində qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Sonra Təhsil Nazirliyi ilə ARDNŞ və "Azərsu" ASC arasında ilk peşə-ixtisas müəssislərinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə