“eTwinning Plus layihəsi”nin icrasına həsr olunan tədbir keçirilib YENİLƏNİB

“eTwinning Plus layihəsi”nin icrasına həsr olunan tədbir keçirilib YENİLƏNİB

Bu gün Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus layihəsi"nin icrasına həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov Avropa Komissiyası ilə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək layihə haqqında ətraflı məlumat verib və layihənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən bəhs edilib: "Bu layihədə iştirak etmək üçün əvvəlcə "Elektron Məktəb" layihəsində iştirak edən 43 təhsil müəssisəsinə müraciət olub. Onlar üçün idarəmizdə 2 məlumatlandırma sessiyası keçirilib. Layihədə iştirak etmək üçün müraciət edən müəllimlər müsahibəyə dəvət olunub İKT, dil və digər bacarıqlara malik olan müəllimlər müsahibədən uğurla keçib və təmsil etdikləri təhsil müəssisəsi ilə birgə bu layihədə iştirak etmək hüququ qazanıb. Hazırda bu layihədə "Elektron Məktəb" layihəsində iştirak edən 20 təhsil müəssisəsi qoşulub".

Sonda tədbirdə layihəyə qoşulan 20 məktəbin direktorları və müəllimləri, eyni zamanda Mədəd Azərbaycan təşkilatının nümayəndələri xüsusi sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən Avropa İttifaqının qonşuluq siyasətinə əsasən "eTwinning Plus layihəsi"nə qoşulub. Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan "eTwinning layihəsi"nin genişlənməsi nəticəsində meydana gələn "eTwinning Plus layihəsi" pedaqoji işçilərə onlayn ünsiyyət, əməkdaşlıq, təhsil layihələri yaratmaq və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə