Bu gün Azərbaycan Tibb Universitetində "Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər" mövzusunda beynəlxalq konfrans işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda ATU rektoru Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin nümayəndələri, həmçinin İtaliya, İspaniya, Niderlanda, Gürcüstan, Rusiya, Ukrayna və digər dövlətlərin tibb universitetlərinin təmsilçiləri iştirak ediblər.
Akademik Əhliman Əmiraslanov açılış nitqində tədbirin vacib tibbi faktorlardan birinə həsr olunduğunu bildirib. Rektorun sözlərinə görə, konfransın davam edəcəyi 3 gün ərzində tanınan Avropa universitetlərinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılacaq: "Tibb Universiteti olaraq daim TEMPUS proqramı və ali təhsil sahəsində digər əməkdaşlıq layihələri çərçivəsində belə beynəlxalq konfransların təşkilinə dəstək göstərmişik. Bu tibb təhsilinin dünyada əldə etdiyi nailiyyətlərdən yararlanmağımıza təkan verir. Həmçinin, indiyə kimi universitetimizin təmsilçiləri Böyük Britaniya, Almaniya, Danimarka və digər nüfuzlu universitetlərində olublar, xarici ölkələrdə təhsil sistemi ilə tanış olublar. Son illər ölkəmizdə də tibb sahəsində bir sıra yeniliklər edilib. Diploma qədər və diplomdan sonrakı təhsildə islahatlar aparılıb. Bütün bunlar isə elmin inkişafına xidmət edir".
Ə.Əmiraslanov konfransın işinə uğurlar arzulayıb və bu tədbirdən sonra yeni layihələrin ortaya çıxacağından əminliyini bildirdib.
Daha sonra çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Tamilla Əliyeva hazırda ölkəmizdə Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq tədris həyata keçirildiyini bildirib: "Xarici ölkələrin əldə etdiyi nailiyyətlər Azərbaycan tibb təhsilində də tətbiq edilir. Bundan başqa, son üç ildə tibb sahəsində 350-dən çox tələbə xaricdə təhsilə göndərilib. Bu da tibbin inkişafına xüsusi təkan verən addımlardan hesab edilə bilər".
Dosent Nəsimi Qasımov ATU-da tibb təhsili sistemi, bu sahədəki yeniliklər haqqında konfrans iştirakçılarına məlumat verib. Bundan əlavə, toplantıda Böyük Britaniyanın Leeds Tibb Təhsili Universitetindən Dr Anne-Marie Reid və Dr Riçard Fuller "Kurrikulum inteqrasiyası" mövzusunda çıxış ediblər.
Konfrans işini sabah davam edəcək.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB